23 iyun 2021 10:29
1080

Qadağanın ləğvindən sonra ruslar Türkiyəyə axışırlar VİDEO

Rusiyadan Türkiyəyə uçuşlar iki aylıq fasilədən sonra bu gündən etibarən bərpa edilib.

"İki sahil" oxu.az-a istinadən xəbər verir ki, Türkiyəyə uçuş məhdudiyyətinin qaldırılması qərarından sonra rusiyalılar tur şirkətlərinə axın ediblər.

Rusiyanın paytaxtı Moskvadakı Vnukova hava limanından qalxan Türkiyə Hava Limanına aid təyyarə 132 sərnişinlə Antalya Hava Limanına enib.

Bu gün Rusiyadan Antaliyaya 12 200 turistin gəlməsi gözlənilir. Yay sezonunda isə 3 milyon turustin gələcəyi təxmin ediir.