23 iyun 2021 12:15
648

Modriç Xorvatiya tarixinə bu unikal göstərici ilə düşdü

Xorvatiya milliinin kapitanı Luka Modriç maraqlı göstəriciyə imza atıb.

"İki sahil" UEFA-nın Tvitter səhifəsinə istinadən xəbər verir ki, o, Xorvatiyanın Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçusu olub. Modriç 35 yaş 286 günündə Şotlandiya ilə “Avro-2020”nin matçında (3:1) bir dəfə fərqlənib.

Bununla yanaşı Modriç həm də Xorvatiyanın millisinin Avropa çempionatlarında qol vuran ən gənc futbolçusudur. O, “Avro-2008”də, 22 yaş 273 günlüyündə Avstriyaya qarşı matçda rəqib qapısına yol tapıb.