23 iyun 2021 13:31
577

Şahin Mustafayev: Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək

Ermənistanda yeni hökumət formalaşdıqdan sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Ağdamda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə deyib.

Ş.Mustafayev bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu kifayət qədər konstruktiv fəaliyyət göstərir:

“Bilirsiniz ki, Ermənistanda seçki prosesi gedir, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra işçi qrupunun fəaliyyəti davam etdiriləcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.