24 iyun 2021 08:51
730

Bakıda yollarda sıxlıq yarandı

Bakı Nəqliyyat Agemtliyi paytaxt və bakıətrafı əraxilərdə tıxac yaranan yolların siyahısını açıqlayıb.

Agemtlikdən "İki sahil"ə verilən məlumatda bildirilir ki, Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqaməti). Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq,Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq yaranıb.