24 iyun 2021 13:31
412

Təhsil Nazirliyi: "Məzun günü" keçirilə bilər

Təhsil Nazirliyi "Məzun günü"nün keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. "Bununla bağlı bildiririk ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər".