24 iyun 2021 15:53
456

Bəzi uşaq sanatoriyalarında çatışmazlıqlar aşkarlanıb

“Azərbaycanda uşaqların ana südü ilə 3 aya qədər qidalanma göstəricisi 36 faizdir”.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaq sağlamlığı" mövzusunda çıxışında deyib.

O bildirib ki, 6 aya qədər qidalanma isə 42 faizdir: “Bu rəqəmlərin artırılmasını istərdik. Bununla bağı ölkədəki mütəxəssislərlə birlikdə işləyəcəyik”.

A.Zeynalova həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən uşaq sanatoriyalarında yoxlamalar aparılır: “Səhiyyə nazirinin 16 iyun sərəncamıyla bizim mütəxəssislərdən ibarət işçi qrup sanatoriya tipli tibb müəsssisələrində yoxlamalar aparır. Bura Səhiyyə Nazirliyinin tabeliyindəki 11 sanatorya daxildir. Bəzi çatışmazlıqlar oldu və baş həkimlərə izah olundu. Monitorinqlər bitəndən sonra geniş məlumat veriləcək”.