25 iyun 2021 14:19
1069

Payızadək bütün dünya simsiz internetlə təmin olunacaq

İlon Maskın “Space X” korporasiyası bu ilin payızınadək bütün dünyanı simsiz internetlə təmin etmək niyyətindədir. Bu idea Starlink peyk sisteminin köməyi ilə reallaşdırılacaq.

“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, ideyaya görə, dünyanın orbitinə 1800 peyk buraxılacaq və bu da bütün planetdə qırılmaz əhatə dairəsini təmin edəcəkdir. 
SpaceX, ümumi dəyəri təxminən 10 milyard dollar olan ümumilikdə 2000-ə qədər peyk yerləşdirməyi planlaşdırır. Starlink şəbəkəsi Yerə yaxın orbitdə 500 kiloqram ağırlığa qədər çox sayda kiçik cihazlar yerləşdirərək İnternetə çıxış təmin etmək üçün nəzərdə tutulmuşdur.

Nubar Süleymanova, “İki sahil”