Koronavirus peyvəndi etdirmiş şəxslərdə tez-tez asqırma halları baş verərsə, diqqətli olmalıdırlar. Bu hal infeksiyaya yenidən yoluxma əlaməti ola bilər.
Bu əlaməti “ZOE COVID Symptom Study” tibb şirkəti aşkar edib.
"İki sahil” “Medik Forum” portalına istinadən xəbər verir ki, britaniyalı mütəxəssis, genetik epidimiologiya üzrə professor Tim Spektor tədqiqat nəticələrini təhlil edərək, onu da qeyd edib ki, koronavirusun Delta ştamının ilk simptomları baş ağrıları və burun axıntılarıdır.
Həkimlər onu da vurğulayıblar ki, infeksiyanın yeni variantı ilk növbədə peyvənd olunmayanları hədəfə alacaq. İnfeksiyaya yoluxma halları vaksinasiyadan keçmiş insanlarda da rast gəlinir. Onlar daha çox asqırma hallarından şikayətləniblər.
Nubar Süleymanova, “İki sahil”