25 iyun 2021 15:50
1225

Çox kreativ ofisləri olan məşhur şirkətlər - FOTO

İri şirkətlərin müasir ofislərinin əksəriyyəti boz, qapalı qutuları xatırladır. Ancaq dünyada çox kreativ və fərqli dizayna malik ofislər də var. Aşağıda ən maraqlı görünüşə malik ofislərlə tanış ola bilərsiniz:

GOOGLE

Şirkət öz ofisləri ilə fərqlənir. Hər kəs bilir ki, “GOOGLE”un ofisləri maksimal şəkildə işçilərinin rahatlığı üçün hazırlanıb. Adi ofis kabinetlərindən fərqli olaraq, orada fitnes zalı, hovuz, müxtəlif oyunlar olan istirahət zonası vardır. Bəzi ofislərində hətta “yuxu kapsulları” adlanan yatmaq üçün guşələr də yaradılıb.

Ukraynada “Sergey Makno Architects” studio-ofisi

Bu ofis 2014-cü ildə layihələndirilib. İki dəfə  beynəlxalq konkursda  “The Architecture Master” mükafatına layiq görülüb. Ofis, əməkdaşlarının iş masasının orijinallığı ilə fərqlənir.

Selgas Kano

Selgas Kano arxitektura bürosu da öz əməkdaşları üçün həqiqətən unikal ofislər yaradıb. Ofisləri parkda yerləşir, uzun konstruksiyalara malikdir. İstiliyin daha yaxşı saxlanılması üçün konstruksiyaların yarısı torpağın altına basdırılıb.

“Inventionland Design” fabriki

Bu şirkətin ofisi təbiətlə birliyin təcəssümüdür. Dizaynerlər xəyallarını reallaşdırmağa qərar verdilər və bir ağac evi şəklində ofis yaratdılar, belə bir ofis heç kəs üçün cansıxıcı ola bilməz.

 Airbnb

Bu ofisin dizaynerləri orijinal və ya futuristik bir şey icad etməyi düşünmürdülər. Əsas səylərini ofis sahələrini mümkün qədər rahatlaşdırmağa yönəltdilər. Ofis isti rənglərlə işlənib və ev mühiti yaratmaq üçün əşyalar seçilib. İşçilərə ev heyvanlarını bura gətirməyə icazə verilir.

Facebook

Bu şirkətin də ofisi işçilərin maksimal rahatlığı üçün hazırlanıb. Məşhur sosial şəbəkənin işçiləri burada müxtəlif botları inkişaf etdirir və tətbiq edirlər. Ofis həqiqətən də yaradıcılıqla məşğul olmaq üçün əlverişlidir.

Nokia

Çoxlarınız Nokianın ofisi barədə eşitmisiniz, lakin görməmisiniz. Ofisin ağac kötüklərini təqlid edən qəşəng masalarını xüsusi vurğulamağa dəyər.

“Urban Outfitters”

Sözügedən ofis çox əla dizayna malikdir. Bu ofisdə çox zövqlü geyimlər hazırlanır.

Lego

Lego konstruktorlarının istehsalı ilə məşğul olan məşhur şirkətdir. Əlbəttə ki, şirkətin ofisinin dizaynında da möhtəşəm konstruktorun elementlərindən istifadə edilib.

Zynga

Bu şirkətin loqotipində it şəkli var. Ofis özü də itlərlə doludur.

“White Mountain”

Adı “Ağ Dağ” kimi tərcümə edilən ofisin içərisi də ağ dağ kimi dizayn edilib.

Nubar Süleymanova, “İki sahil”