Quru nəqliyyat günümüzdə öz çəkisini qorumağa davam edir. Bununla belə, dünyanın müxtəlif yerlərində mövcud olan bəzi yollar digərlərindən bir az daha çətin və təhlükəli olur.
“İki sahil” bu təhlükəli yollar haqqında məlumatları oxucularına təqdim edir:
Atlantik magistral yolu, Norveç
Norveçin simvollarından biri olan Atlantik magistralı, xüsusilə qışda şiddətli dalğalara məruz qalan bir yerdir. Turistlərin şəkil çəkdirməsini seçdiyi bölgə sürücülərə bu baxımdan çətin anlar yaşadır.
Qotard keçidi, İsveçrə
Alp dağları ilə əhatə olunan İsveçrədə bir çox keçid və tunel var. Sərt bir iqlimə sahib olan ölkədə nəqliyyat üçün yüksək standartlı yollar olsa da, onların tikintisi kifayət qədər baha başa gəlir. 64 kilometrlik Qotard keçidi ölkənin ən gözəl mənzərələrindən biri olsa da, maşın sürmək baxımından da bir o qədər riskli yoldur. Xüsusilə, qışda sürücülərə çətin anlar yaşadan keçid təbii həyatına da şahidi olacağınız gözəlliklərə sahibdir.
Eshima Ohashi Körpüsü, Yaponiya
Yaponiyada yerləşən bu əyri körpü sürücülər üçün çox çətin bir səyahətə səbəb olur. Kəskin döngə sürücüləri xüsusən də yağışlı havalarda qəzalarla üzləşdirir.
Yungas yolu, Boliviya
Boliviya Latın Amerikasının ən yüksəkdəki olan ölkələrindən biridir. Belə ki, paytaxt La-Pas dəniz səviyyəsindən ən yüksəklikdə olan paytaxtlar siyahısında yer alır. Yungas yolu adlanan bu yer qəzalar səbəbindən ildə orta hesabla 300 nəfərin ölümünə səbəb olur.
Tianmen keçidi, Çin
10 kilometrlik Tianmen dağ yolu görünüşü ilə gözəl görünsə də, sürücülər üçün çox çətin bir yoldur. Bu yol, eyni zamanda bir kilometrə qədər dırmanmaq mənası da verir.
Transfaragasan, Rumıniya
Rumıniyanın Karpat bölgəsində yerləşən bu yol sürücülərin kabusudur. Bu yol dəniz səviyyəsindən 2034 metr yüksəklikdə yerləşir.
Kolyma, Rusiya
Ölkənin şimalındakı Maqadanla Yakutsku birləşdirən bu yolun tarixi XIV əsrə gedib çıxır. Məhkumlar tərəfindən tikilən Kolyma, 20-ci əsrdə indiki görünüşünü alıb. Bu yol dünyanın ən ölümcül yollarından biri kimi tanınır.
Dalton magistral yolu, ABŞ
ABŞ-ın Alyaska əyalətində yerləşən bu yol, sərt iqlim şərtlərinin hökm sürdüyü bir yerdə yerləşir. 666 kilometr uzunluğundakı yolun böyük hissəsi ilin çox ayında buzla örtülü olur.
Xardunq La, Hindistan
Siyahıda Hindistanda olan Xardunq La yoludur. 5000 metrdən çox yüksəklikdə yerləşən yol bu xüsusiyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.
Zozila, Hindistan
Dünyada ən çox əhalisi olan ikinci ölkə Hindistan geniş dəmir yoluna malikdir, lakin bəzi hissələrinə çatmaqda çətinliklər olur. Kəşmir bölgəsindəki Zozila yolu da bunlardan biridir. Bu yol dəniz səviyyəsindən 4000 metr yüksəklikdə yerləşir.
Guoliang Tuneli, Çin
1200 kilometr yüksəklikdəki Guoliang Tuneli, yerli xalqın imkanları ilə inşa edildiyi üçün çox təhlükəli yer sayılır.
Hana, ABŞ
Bu yol ABŞ-ın materikdən kənar əyaləti Havayda yerləşir. 46-sı tək tərəfli olan 59 körpüdən ibarət yolun uzunluğu 112 kilometrdir.
Vüsal Cahanov, “İki sahil”