Qidalanma sağlamlıq və uzunömürlülüyün əsas faktorudur. Amerikalı alimlər yaş əleyhinə effektə malik məhsulların siyahısını tərtib ediblər.
Rasiona alma, mandarin və üzümün daxil edilməsi ömrü uzatmağın açarı ola bilər. Ancaq unutmayın ki, meyvələr qanda şəkərin qəfil yüksəlməsinə səbəb olur.Onlar açıqlayiblar ki,sarımsaq da bağırsaqların sağlamlığı üçün vacib olan prebiotik bir məhsuldur.
Tədqiqatlar göstərib ki, çiyələk, böyürtkən və moruq da antioksidantlarla zəngin olduğu üçün yaşla əlaqəli metabolik dəyişikliklərin qarşısını alır. Zəncəfil, rozmarin, sarıkök və darçın isə yaşlanma prosesini zəiflədir. Kələm və ispanaq da qidalandırıcı maddələrlə zəngin olduğuna görə, hər gün iki porsiya yeyilməsi məsləhət görülür.
Nubar Süleymanova, “İki sahil”