29 iyun 2021 13:29
940

Rusiyalı köhnə kriminal avtoritet koronavirusdan dünyasını dəyişib

Köhnə məşhur kriminal avtoritetlərdən biri, Derten ləqəbli Valentin Qudievski Peterburq xəstəxanasında dünyasını dəyişib.

83 yaşlı avtoritet insultdan sonra xəstəxanaya yerləşdirilib. Bir müddət reanimasiyada qalan pasientin birdən-birə temperaturu qalxıb. Onun COVİD-19-a yoluxduğu müəyyən olunub.

Derten yeddi dəfə cibgirliyə görə cəzalandırılıb. Kriminal aləmdə “qanuni oğru kimi tanınıb.

Ömrünün son on ilini Qudievski “ənənələrin qoruyucusu” kimi tanınıb.

Nubar Süleymanova, “İki sahil”