29 iyun 2021 15:57
1319

Bu ölkədə çəkisi 60 kq-dan aşağı qızlarla ailə qurmurlar - FOTO

Günümüzdə ölkələrin ən böyük sağlamlıq problemlərindən biri olaraq görülən piylənmə bir ölkə üçün status və gözəllik göstəricisidir.

“İki sahil” xəbər verir ki, Qərbi Afrikanın kiçik ölkəsi olan Mavritaniyada dünyanın ən maraqlı ənənələrindən biri illərdir tətbiq olunur. 

Piylənmə dünyanın ən böyük sağlamlıq problemlərindən biri olsa da, Mavritaniya üçün vəziyyət heç də elə deyil. Bu ölkədə arıq olan qadınlar gözəl sayılmır və kasıb sayılırlar. Ailə qurmaq  üçün çəkiləri ağır olmalıdır.  Ailələr qızlarını evlilik yaşına çatdıqda kökəltmək üçün əllərindən gələni edirlər.

Ailə quran gənc qızlar bol keçi südü, zeytun yağlı  çörəklər, keçi əti və bəzən gündə 2 dəfə nahar etməklə bol kalori alırlar. Gənc qızlar kökəlməklə ölkənin gözəl qadınlarından biri olmağa çalışırlar.

Qərbi Afrikanın ən kasıb ölkələrindən biri olan Mavritaniyada ciddi bir qida problemi də var. Burada qadınların təxminən 20%-i ağır çəkilidir və yarısından çoxu həddən artıq kökdür. Kişilərin yalnız təxminən 4%-i kökdür, 20%-i isə artıq çəkilidir. Ölkədə yaşayan kişilər də kilolu qadınların gözəl olduqlarını və onlarla evlənməyə üstünlük verdiklərini deyirlər. Vəziyyət belə olunca ailələr də qızlarını evlilik yaşına çatdıqda Mavritaniya standartlarına görə cəlbedici etmək üçün məcburi qidalandırmağa başlayırlar. Burada ailələr bu ənənəni davam etdirməklə yanaşı, bu qədər artıq yeməyə etiraz edən qızlarının ayaq barmaqlarını əzərək cəzalandırırlar.

ABŞ-ın HBO kanalının müxbiri Thomas Morton burada təxminən 2 gün qaldıqdan sonra 10 kiloqram kökələrək ölkəsinə dönüb. 60 kiloqramdan aşağı qadınların ölkədə yemək almağa imkanı olmadığı düşünülür və onlar ölkədən qovulur. Bu çəkidəki qadınlar ərə gedə bilməzlər. Qızlar bunun işgəncə olduğunu desələr  də, əksər ailələr bu ənənədən əl çəkmirlər. Uzun bir ənənə olsa da, zorla yemək yedizdirilib ərə getmək məcburiyyətində qalan bu gənc qızlar  bunu öz uşaqlarına etməyəcəklərini söyləyirlər.

Vüsal Cahanov, “İki sahil”