21 iyul 2021 08:35
1275

Yeni virus YAYILIR?

Çinin paytaxtı Pekində 53 yaşlı baytar "Meymun B" (BV) virusundan ölüb. Bu virusdan ilk dəfədir ki, ölüm halı qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Bu barədə “Hindistantimes” məlumat yayıb. 53 yaşlı baytarda ürək bulanması və qusma şikayətindən 1 ay sonra qızdırma və nevroloji simptomlar üzə çıxıb. BV virusuna yoluxan baytarı heç bir xəstəxanada qurtarmaq olmayıb.

Tədqiqatçılar xəstəliyi təyin etmək üçün onurğa mayesi, qan və plazma daxil olmaqla xəstədən nümunələr toplayıblar. Ölən xəstə ilə yaxın təmasda olduğu düşünülən bütün yaxınlarının testləri mənfi çıxıb.