09 fevral 2016 20:11
78

Aktyor çalmaya görə təyyarəyə buraxılmadı

“Qafqazinfo” New -York Daily News-a istinadən xəbər verir ki, hadisə Meksikanın paytaxtı Mexikoda baş verib.

New-Yorka səfər etmək istəyən aktyor “Aeromexico” şirkətinin təyyarəsində qadağa ilə üzləşib.

Şirkətin əməkdaşları aktyora başındakı türbanı çıxarmağı tələb edib. Ahluwalia bu tələbi rədd etdiyi üçün təyyarəyə minməsinə icazə verilməyib. 

Aktyor açıqlamasında təhlükəsizlik qaydalarına uyğun davrandığını, ancaq hava yolu personalı tərəfindən türbanının çıxarılması istəyini qəbul etmədiyini söyləyib.