Bununla bağlı SOCAR "Telegram" səhifəsində paylaşım edib.
"İki sahil" xəbər verir ki, paylaşımda qeyd olunur ki, SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslara start verilir. Sertifikat Proqramlarında iştirak etmək üçün ümumilikdə 150 nəfər - GOOGLE DATA Təhlili Peşəkar Sertifikat Proqramı və IBM Kibertəhlükəsizlik Analitiki Peşəkar Sertifikat Proqramına seçiləcək. Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən icra olunacaq. Təlimlərdə iştirak etmək istəyən şəxslər bu keçid üzərindən müraciət edə bilər. Namizədlər seçim prosesi və şərtləri ilə bağlı suallarla bu ünvana müraciət etməklə cavab tapa bilərlər.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir