29 iyul 2021 18:07
931

Makronların təhrikləri Ermənistanın sonunu yaxınlaşdırır

Ermənilər unutmamalıdırlar ki, yadların verdikləri qoğal heç də həmişə şirin olmur

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində  təxribatlar törətməsi, ötən ilin noyabrında bağlanan üçtərəfli Bəyanatda qeyd olunan atəşkəsi pozması o deməkdir ki, bu millət qulaqburmasından dərs alan deyil.  Başqa sözlə , onlar babaları Andranik kimi  qulaqları birdəfəlik kəsilməsə rahatlıq tapmayacaqlar. Bir səbəb də işğalçı ölkənin özünün milli maraqlarına, beynəlxalq hüquqa əsaslanan  daxili və xarici siyasətinin başqaları tərəfindən idarə olunmasıdır.  Tarix boyu imperiyaların qırmancı  kimi əmrə itaət etməyənlərin başında «Demokl qılıncı» kimi bəla olan erməni satqınlığından  indi bir çox dövlətlər yararlanır. Belə ki, yala göz dikən, kim daha çox  yem versə onun ətrafında fırlanan köpək kimi  sahibini tez-tez dəyişən  ermənilər tam bir məsləyə xidmət edən zümrə kimi tanınmırlar.  Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana imkan yaradanlar, sonrakı illərdə  ikili standartlardan istifadə edərək daşnaklara «soyqırıma məruz qalmış məzlum xalq kimi» dəstək verənlər yenə də  öz ampluasındadırlar. Zəngin təbii sərvətlərə,  yol –nəqliyyat strukturu baxımından əlverişli mövqeyə malik Cənubi Qafqaz uğrunda  mübarizə aparan superlər yenə də ermənilərdən istifadə edərək regionda  sabitliyin pozulması üçün dəst-xətlərini göstərirlər.

İkinci Qarabağ müharibəsinin başa çatması, Azərbaycanın işğalçı üzərində Qələbəsindən sonra Ermənistanın məğlubiyyətə uğraması maraqlı dövlətlərin  Cənubi Qafqazla bağlı  planlarını alt-üst etdi. Qalib Azərbaycanın  regionda yaratdığı yeni reallıqlarla barışmaq istəməyən beynəlxalq güclər maraqlarını həyata keçirmək üçün çirkin planlar hazırlayırlar.  İllərdən bəri  Ermənistanı ərköyünləşdirənlər, saxta vədlərilə şirnikləndirənlər, ermənilərdən vasitə kimi istifadə  edənlər,  « canıyanarlığın»  işə yaramadığını hiss edən sper  güclər Azərbaycanla Ermənistan sərhədində  atəşkəsin pozulması ilə bölgədəki sabitliyi pozmağa çalışırlar. Son günlərdə  Kəlbəcərdə, Naxçıvanda aramsız olaraq pozulan atəşkəsin bir səbəbi də  Ermənistanda artıq parçalanan  siyasi qüvvələr arasındakı qarşıdurmaların güclənməsi,   yerlilərlə Qarabağ erməniləri arasında yaranan ikitirəlikdir.

Nisbətən ağlı başında olan, hadisələri ayıq başla təhlil edən bəzi erməni ekspertləri yaranan vəziyyəti Ermənistan üçün fəlakət adlandıraraq işğalçının üzləşdiyi aqibətlə razılaşmaqdan başqa yolu olmadığını etiraf edirlər. Dövlət quruculuğu strategiyası düzgün seçilməyən Ermənistanın ilk prezidenti Levon-Ter Petrosyan ölkədə baş verən qarşıdurmalardan narahatlığını bildirərək qeyd edir ki,  bir dövlət kimi Ermənistanın üzləşdiyi siyasi-iqtisadi problemlərinin əsası 18 il bundan əvvəl,  Robert Koçaryan və Serj Sarkisyan tərəfindən  formalaşmış xunta  rejimi tərəfindən qoyulmuşdur.  Ermənistanda bu ilin  iyun ayında keçirilən parlament seçkilərində bu korrupsioner  cütlüyün  fəallaşmasının səbəbi də  işğalçını dəstəkləyən əvvəlki qüvvələrin  bölgədə sabitliyin pozulmasına yönələn məkrli niyyətlərinin təkrarlanmasıdır.   Ermənistandakı bu vəziyyəti dəfələrlə  beynəlxalq səviyyələrdə  səsləndirən Prezident İlham Əliyevin  «Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var. Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti”» sözləri erməni xalqını ayıltdı. Amma genlərindən qaynaqlanan  satqınlıq mərəzi baş nazir   Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra da davam etdi.   Çünki bu dövlətin varlığı, müdafiə sistemi, sərhədlərinin qorunması belə   xarici ölkələrdən gələn ianələr, xəyanətləri qarşılığında aldıqları dilənçi payı hesabına təmin edilir.

Bu həqiqəti  İkinci Qarabağ müharibəsi də təsdiqlədi.  Havadarlarının hədiyyə etdiyi vaxtı ötmüş, yararsız hərbi texnika ilə  qüdrətli ordu formalaşdırdıqlarını zənn edən Ermənistan rəhbərlərinin bu mifinin 44 gündə darmadağın edilməsi işğalçını dəstəkləyənləri də məyus etidi. Azərbaycanın  azad olunmuş ərazilərində olan qonaqlar, xarici jurnalistlər  XXI əsrdə  törədilən bu vəhşiliyin bənzərini heç bir yerdə görmədiklərini etiraf edirlər. 30 ildə Azərbaycan torpaqlarında  törətdikləri barbarlıqdan  yorulmayan işğalçılar atəşkəsi pozmaqla, «yeni müharibənin başlanması» çağırışlarını səsləndirməklə dağıdıcılıq missiyalarını davam etdirmək niyyətindədirlər. Bu «niyyətlərin» katalizatoru isə  Fransa və onun kimi Cənubi Qafqaza göz dikənlərdir.  Fransada prezident seçildiyi gündən sələflərinin erməni tərəfdaşlığını  daha qatı şəkildə  davam etdirən  Emmanuel Makron seçkiqabağı təbliğat kampaniyasında  24 aprel tarixinin təqvimdə  «erməni soyqırımı» kimi yazılacağı vədini vermişdi.  Bu ölkədə «erməni soyqırımı»nı tanımayanlar haqqında  cərimələrin, hətta azadlıqdan məhrumetmə cəzasının tətbiqi kimi konstitutsion qanunlardan kənar olan insan hüquqlarının pozulması halları  da  gündəmə gəlmişdi.      

Görünür, Makron erməniləri heç tanımır. Onları  öz maraqları naminə «sevir.»  Fransız yazıçısı  Aleksandr Dümanın (Ata) «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər» sözlərindən də xəbərsizdir”.  Fransız alimi De Ban isə bu  topluma daha yaxından bələd  olub və təəssüratını bu sözlərlə ifadə edib: «Erməni xalqının qəhrəmanlığı barədə bir şey eşidən olubmu? Onların azadlıq mübarizləri olduğu harada yazılıb? Heç yerdə! Çünki ermənilərin «qəhrəmanları»” həmişə öz xalqının xilaskarından çox, cəlladı olub...»

Bu gün Ermənistanda yaranan vəziyyət də göstərir ki, işğalçı ölkədə  hakimiyyətə gələnlər  xalqlarını məhvə aparır.

Makronun təhrikçiliyə  vadar edən sözləri,  qiyabi yolla Ermənistanda tez-tez «peyda» olması qarşıdan gələn seçkilərdə daha çox səs toplamağa hesablanıb.  Özünü hələ də Minsk qrupuna daxil olan dövlətin başçısı zənn edən Makronun «Dağlıq Qarabağ münaqişəsi bitməyib», «statusun bərpası» ilə bağlı  əsassız sözləri də ermənilərin etimadını qazanmaq naminə edilən jestlərdir.  Fransadan Cənubi Qafqaza yönələn erməni havadarlığının nəyə hesablandığını uzaqgörən siyasəti ilə qiymətləndirən  Prezident İlham Əliyevin bu sözləri makronların  canfəşanlığını ifşa edir: «Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə… Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox.» Həqiqət budur ki,  makronların təhriki ilə atəşkəsi pozub, təxribatlar törədən Ermənistanın aqibəti İkinci Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətdən də acınacaqlı olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»