30 iyul 2021 18:21
504

Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıblar

Avqustun 1-də Tokio Olimpiadasında güləş yarışlarına start veriləcək. İyunun 28-dən Tokiodakı Atletlər Kəndində məskunlaşan hər 3 güləş növü üzrə millilərimiz həmin məkanda güləş üçün ayrılmış zalda məşqlərə başlayıblar.

“İki sahil” xəbər verir ki, yulun 30-da Bakı vaxtı ilə saat 16:00-da Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 7 güləşçi məşqçilərin nəzarəti altında hazırlıq prosesinə start verib.

Xatırladaq ki, güləşçilərimiz mübarizəyə avqustun 2-də start verəcəklər. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaqlar. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), ayın 6-da isə Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaqlar.