30 iyul 2021 19:51
734

Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb

Somalinin Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb.

"İki sahil" xarici mediaya istinadən məlumatına görə, terror hadisəsi nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Partlayışa yola qoyulmuş partlayıcı maddənin işə salınması səbəb olduğu iddia edilir.

Hələlik hadisənin səbəbi açıqlanmayıb.