31 iyul 2021 00:00
729

Türkiyədə 81 yanğın ocağından 70-i lokallaşdırılıb

Türkiyənin yanğınsöndürənləri 81 yanğın ocağından 70-i lokallaşdıra biliblər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

"Hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb. Adanada, Antalyada, İzmirdə, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir", - deyə o, özünün tvitterdəki hesabında yazıb.