03 avqust 2021 20:50
899

Daha 3 hərbçinin qalıqları Ermənistana təhvil verildi

Ermənistan tərəfinin Qarabağda – Füzulidə apardığı axtarış işləri nəticəsində daha 3 hərbçinin cəsəd qalıqları tapılıb.

“İki sahil” xəbər verir ki, bu gün Qırmızı Bazar-Şexer kəndləri istiqamətində daha 3 hərbçi cəsədi Azərbaycan tərəfindən ermənilərə təhvil verilib.

Bu günə kimi Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar nəticəsində 1629 erməni hərbçinin cəsədi tapılıb.