03 avqust 2021 21:18
1009

Pentaqonun binasının yaxınlığında atışma olub VİDEO

ABŞ-da Pentaqonun binasının yaxınlığında nəqliyyat qovşağına atəş açılıb.

“İki sahil”  Rusiya mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Atəş açan şəxs Pentaqon binasının mühafizəçiləri tərəfindən zərərsizləşdirilib. İnsident araşdırılır.

CNN xəbər verir ki, atışma zamanı polis zabiti ölüb.