14 sentyabr 2021 18:11
627

İspaniyada temperaturu ölçən "ağıllı eynək" təqdim olunub

İspaniyanın Kartaxena Politexnik Universitetinin mütəxəssisləri "ağıllı eynək" təqdim ediblər.

“İki sahil” xəbər verir ki, həmin eynək məkanda olan şəxslərin temperaturunu növbə gözləmək ehtiyacı olmadan müəyyənləşdirməyə imkan verəcək.

Bundan başqa, eynək yüksəkdəqiqlikli kamera ilə təchiz olunub ki, bu da üzləri müəyyələnşdirməyə kömək edir.

Mütəxəssislər, həmçinin insanlar arasında məsafəni müəyyənləşdirə bilən xüsusi kameraların üzərinə işlərin getdiyini bildirib.