14 sentyabr 2021 23:07
610

ÜST səyahət üçün peyvənd pasportu tələbinə qarşıdır

“Səyahət üçün peyvənd pasportlarının tələb edilməsi ayrı-seçkilikdir”.

“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Qebreyesus deyib. Onun sözlərinə görə, vaksin ayrı-seçkiliyi müxtəlif neqativ nəticələrə, sosial və iqtisadi sabitliyin pozulmasına gətirib çıxaracaq.

“Vaksin pasportlarının səyahət üçün bir şərt olaraq istifadə edilməsini istəmirik. Bu diskriminasiyaya gətirib çıxaracaq”, - deyə Qebreyesus bildirib. O əlavə edib ki, yalnız peyvəndlər dünya miqyasında əlçatan olarsa, vaksin pasportları tətbiq oluna bilər. ÜST rəhbəri söyləyib ki, təşkilat sənədlərin ümumilikdə qəbul edilmiş versiyasını razılaşdırmaq üçün artıq dövlətlərlə işə başlayıb.