14 sentyabr 2021 23:00
608

Ərdoğan Zakir Həsənovla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

“İki sahil” bu barədə Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir.

Qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.