16 sentyabr 2021 00:05
973

Azərbaycanda tapılan itkin erməni hərbçilərin sayı 1667-yə çatır

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.

Bu barədə "İki sahil" Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1667-yə çatıb.