16 sentyabr 2021 15:53
836

Ermənistan Xüsusi İstintaq Xidmətinin sədri vəzifəsindən azad edildi

Ermənistanın Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryan vəzifəsindən azad edilib.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, Ermənistan hökuməti bu barədə qərar qəbul edib.

Bununla yanaşı, iclas zamanı Xaçatryan ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S. Xaçatryan Xüsusi İstintaq Xidmətinin sədri vəzifəsinə 2018-ci il iyunun 11-i təyin olunmuşdu.