16 sentyabr 2021 16:35
964

Mbappe zədələndi

PSJ-nin futbolçusu Kilian Mbappe zədələnib.

"İki sahil" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, fransalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Brügge" ilə matçda (1:1) zədələndiyini və bu səbəbdən 51-ci dəqiqədə əvəzləndiyini deyib:

"Kilianı əvəzlədik, ayağından zədələndi. Ayaq biləyində problemlər var. Ətraflı məlumat cümə axşamı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək".