16 sentyabr 2021 17:24
979

Ronaldo və Xavidən sonra Messi

PSJ-nin futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Brügge" ilə matç (1:1) əlamətdar olub.

"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, bu görüşlə argentinalı hücumçu turnirdə 150-ci oyununa çıxıb. Bununla da o, Kriştiano Ronaldo (177) və Xavidən (151) sonra bu mərhələyə çatan 3-cü  futbolçu olub.

Qeyd edək ki, Messi "Brügge" ilə görüşdə qol vura bilməyib.