"Yuventus"un yarımmüdafiəçiləri Federiko Kyeza və Federiko Bernardeski zədələrini sağaldıblar.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar komanda ilə ümumi məşqlərə başlayıblar.
Bildirilib ki, hər iki oyunçu İtaliya A seriyasında "Milan"la matça kimi forma bərpa etməyə vaxt tapacaqlar.
Xatırladaq ki, "Yuventus" - "Milan" görüşü sentyabrın 19-u keçiriləcək.