16 sentyabr 2021 17:20
901

Türkiyə, Azərbaycan və İran UNESCO-ya birgə müraciət edib

“UNESCO tərəfindən “Əxi Evrən ili” elan olunması üçün müvafiq sənədləri Azərbaycan və İranla birgə hazırlayaraq təqdim etmişik”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kırşəhirdə “Əxi Evrənin izində sənətkarlar toplantısı” tədbirində çıxışı zamanı deyib.

“İndiki İran torpağı olan Xoyda doğulan, uşaqlığı Azərbaycanda keçən Xoca Əhməd Yəsəvi dərgahında yetişən Əxi Evrən sonradan Anadoluya köçüb, Kayseri, Konya, Dənizlidə, daha sonra Kırşəhirdə yaşayıb, yaradıb və burada da vəfat edib. Babalarımızın əsasını qoyduğu dövlətlər təkcə qılıncla qurulmayıb”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.