17 sentyabr 2021 14:26
1042

Türkiyə MN: Azərbaycanla birgə keçirilən “TurAz Şahini-2021” təlimləri uğurla başa çatıb

Konya şəhərindəki aviabazada keçirilən və Azərbaycan Hərbi Hava Qüvvələrinin də qatıldığı “TurAz Şahini - 2021” birgə taktiki təlimləri uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Təlimi uğurla icra edən bütün şəxsi heyəti təbrik edirik”, - deyə qeyd olunub.