18 sentyabr 2021 10:01
1070

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

Beynəlxalq axtarışda olan şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən birgə məlumata görə, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilmişdir.