18 sentyabr 2021 13:57
822

Azərbaycan əhalisinin gəlirləri 37 milyard manatı ötüb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 170,4 milyon manat və ya hər nəfərə orta hesabla 3712,3 manat təşkil edib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 336,1 milyon manatlıq vəsait qalıb.

2021-ci ilin yanvar-iyul aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat təşkil etmişdir.

Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.