18 sentyabr 2021 18:03
913

Qırıcılarımız Türkiyə səmasında uçacaqlar

Azərbaycan HHQ-nin nümayəndələri “Texnofest-2021” festivalında iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.