19 sentyabr 2021 04:04
561

“Qarabağ” Romerosuz qaldı?

“Qarabağ” ciddi itki ilə üzləşib.

"İki sahil" xəbər verir ki, bu barədə Qol.az məlumat yayıb.

Bildirilib ki, dünən Konfrans Liqasının “Bazel”lə qrup matçında zədələnən Ağdam klubunun yarımmüdafiəçisi Xayme Romeronun durumunu ciddi olduğu üzə çıxıb. Bu gün tibbi müayinədən keçəb ispan futbolçunun çapraz bağlarında xəsarət aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilir.

Bu isə o deməkdir ki, Xayme ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq və Konfrans Liqasında qrupun bütün görüşlərini, eləcə də Azərbaycan Premyer Liqasında bir neçə oyunu buraxacaq.