19 sentyabr 2021 16:24
828

Məşhur futbolçu vəfat edib

Futbol üzrə İngiltərə milli komandasının oyunçusu Cimmi Qrivz vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Tottenhem"in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu ötən gecə 82 yaşında dünyasını dəyişib.

O, 1966-cı ilin dünya çempionu və 1968-ci ildə Avropa çempionatının bürünc mükafatçısıdır.

İngiltərə millisinin tərkibində 57 oyun keçirib, 44 qol vurub.