19 sentyabr 2021 18:01
977

Rusiyada parlament seçkilərində onlayn səsvermə 90 faiz təşkil edir

Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə onlayn səsvermə 90 faiz təşkil edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Bildirilib ki, bu da qeydə alınmış 2,01 milyon nəfərdən 1,8 milyonu deməkdir.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, səsvermə zamanı qanun müəyyən pozuntuları qeydə alınıb:

"Rusiyanın 14 subyektində - Moskva, Adıgey, Başqırdıstan, Kalmıkiya, Mordoviya, Kamçatka diyarında, eləcə də Bryansk, İvanovo, Kemerovo, Leninqrad, Moskva, Samara, Ulyanovsk və Çelyabinsk əyalətlərində bülletenlərin etibarsız sayılması halları var. Ümumilikdə 45 seçki məntəqəsində 7 465 bülleten etibarsız elan edilib".

Onun sözlərinə görə, qanun pozuntusunun baş verdiyi üç məntəqə seçki komissiyasının sədrləri vəzifələrindən azad edilib.