19 sentyabr 2021 18:56
835

Əfqanıstanın Cəlalabad şəhərində partlayış olub, ölənlər var

Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayış baş verib.

“İki sahil” xəbər verir ki, partlayış nəticəsində iki mülki şəxs həlak olub, "Taliban"ın bir nümayəndəsi yaralanıb.

Hadisə bu gün səhər saatlarında avtovağzal ərazisində baş verib.

Bir gün əvvəl Cəlalabadda baş verən partlayış nəticəsində azı 3 nəfərin ölüb, 19 nəfərin yaralanıb.