19 sentyabr 2021 19:07
742

Kabildə qadınlar etiraz aksiyası keçiriblər

Əfqanıstanın paytaxtı Kabildə qadınlar öz hüquqları uğrunda etiraz aksiyası keçiriblər.

“İki sahil” xəbər verir ki, Kabildə qadın problemləri ilə bağlı Nazirliyin binası qarşısında aksiya keçirən qadınlar "Taliban"dan bir sıra hüquqların tanınmasını tələb ediblər.

Qeyd edək ki, hakimiyyətini şəriət qanunları üzərində qurduğunu deyən "Taliban" qadınlarla bağlı bir sıra yeniliklər edib. "Taliban" sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, qadınlar artıq yeni hökumətdə nazir vəzifələrini tuta bilməyəcək, nazirliklərdə, polisdə və ədliyyədə yalnız köməkçi olaraq çalışacaqlar.

"Taliban", həmçinin qadın hüquqlarına hörmət edəcəyini bildirsə də, əyalətlərdə əvvəlki qadağalar hələ də qüvvədədir.