19 sentyabr 2021 17:36
528

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlandı

Ötən gün ölkəmizdə aparılan 12 min 780 test nəticəsində məlum olub ki, 1 min 734 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 472 min 719-a yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 25 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 6 min 305 nəfər təşkil edib.

Daha 3 min 378 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 434 min 95-ə yüksəldib.