Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.
“İki sahil” xəbər verir ki, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.
Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.
Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.