19 sentyabr 2021 21:36
819

İsraildə koronavirusa daha 7445 nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 min 445 nəfər yoluxub.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 milyon 221 min 713 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 4 nəfər ölüb və ölənlərin ümumi sayı 7 min 511 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 milyon 130 min 393 nəfəri sağalıb, aktiv xəstələrin sayı 83 min 809 nəfərdir.