Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu bu gün, sentyabr ayının 24-də saat 12:00-da keçiriləcək.
“Azəriqaz”dan "İki sahil"ə verilən məlumatda bildirilib ki, baş direktor Ruslan Əliyev Kürdəmir rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Göyçay rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ucar rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Ağsu Regional #qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir