 
                    Sentyabrın 26-da Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 6 santimetr artım, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində 11, Zəyəmçay-Ağbaşlar məntəqəsində 10, Gəncəçay-Zurnabadda 7, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində 3, Lənkərançay-Sifidor 2, Viləşçay-Şıxlarda isə 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "İki sahil"ə verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 170 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 122 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 58 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 270 kubmetrə bərabərdir ki, bu da ongünlük normanın 194 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 312 santimetr, su sərfi isə saniyədə 81 kubmetr olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 91, Kür-Bankədə 14 santimetr azalaraq 107, Araz-Novruzluda isə 4 santimetr artaraq 75 santimetr təşkil edib.
 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb 
                                 Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib