27 sentyabr 2021 02:22
675

SEPAH-ın tədqiqat mərkəzində yanğın olub

Tehranın qərbində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tədqiqat mərkəzlərindən birində yanğın qeydə alınıb.

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya aparılıb. Yanğın artıq lokallaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.