12 oktyabr 2021 15:26
586

Vurulan peyvəndlərin sayı 9 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39810 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25795 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9037099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4903419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4133680 təşkil edir.