13 oktyabr 2021 09:06
539

2020-ci ilin 13 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin onyeddinci günü

Saat 8 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini atəşə tutmuşdur. Həmçinin humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə məruz qoymuşdur.

 Saat 09:30 radələrində Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini atəşə tutmuşdur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd “ özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B"  topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır.

Döyüş əməliyyatları zamanı Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilmiş, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınmış, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılmışdır. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilmişdir. Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, “Körpə” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilmişdir. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin görüntüsünü yayımlamışdır.