13 oktyabr 2021 18:13
408

Mourinyodan Azərbaycanla bağlı maraqlı açıqlama

İtalyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama  ilə gündəmə gəlib.

"İki sahil" Offsideplus-a istinadən xəbər verir ki, 58 yaşlı baş məşqçi Lionel Messinin milli komandadakı  karyerası barədə bunları deyib:

"Messi Latviya, Andorra, Ermənistan, Lüksembuq, Qətər, Farer Adaları, Estoniya,Azərbaycan və ya Macarıstan kimi ölkələrlə qarşılaşsaydı, milli komandada 150 qol vurardı".

Qeyd edək ki, Messi Argentina millisi ilə 153 maçta 79 qol vurub.