13 oktyabr 2021 22:07
379

Jurnalist və teleaparıcı avtomobil qəzasına düşüb

Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak Soçidə avtomobil qəzasına düşüb.

“İki sahil” xəbər verir ki, Sobçak hadisədən sonra dərhal başqa maşına oturaraq hava limanına gəlib və Moskvaya uçub. Məsələdə heç bir günahı olmadığını deyən aparıcı bu haqda çox danışmaq da istəməyib. Ötən gün isə Ksenya ifadə vermək üçün Soçi Daxili İşlər Departamentinə çağırılıb. Aparıcı sürücü ilə üzləşdiriləcək.

Qeyd edək ki, hadisə oktyabrın 9-u axşam saatlarında, aparıcı Soçidə hava limanına gedərkən baş verib. Sobçakın olduğu "Mercedes" markalı avtomobil qarşı zolağa çıxıb. Bu zaman "Volkswagen" ilə toqquşub. Nəticədə "Volkswagen"də olan 35 yaşlı qadın, Yekaterina Tarasova həyatını itirib. Maşında olan sürücü və digər sərnişin xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözünə görə Sobçak qəzanın ardından hadisə yerini tərk edib və hava limanına yollanıb. Onun hadisədən əvvəl maşında onlayn olaraq həmkarı ilə danışdığı bildirilib. Aparıcı sürücünü hava limanına çatmaq üçün tələsdirmədiyini qeyd edib. Hadisəni törədən sürücüsü Oleq Tsoy günahını boynuna alıb və hazırda ev dustaqlığına buraxılıb.